- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Bizimlə görüşdüyünüz üçün Sizə həm Azərbaycan güləş federasiyası adından, həm məşqçilər və idmançılar, həm də bütün güləş ailəsi adından dərin təşəkkürümüzü bildirirəm. Sizin idmana diqqət və qayğınızı hər zaman hiss etmişik. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatından sonra bizi qəbul etməyiniz də bu diqqətin göstəricisidir”.
Allsport.az saytı xəbər verir ki, bu sözü sərbəst güləş millisinin baş məşqçisi Namiq Abdullayev ölkə başçısı İlham Əliyevlə görüşdə deyib. Olimpiya çempionu uğurun davamını bundan sonra da gətirəcəklərini deyib: “Bildiyiniz kimi, millimiz Avropa çempionatında hər üç güləş növü üzrə uğurlu çıxış etdi. Yunan-Roma güləşi üzrə 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın güləşi üzrə 1 qızıl, 1 gümüş və 2 bürünc, sərbəst güləşdə isə 4 qızıl və 3 bürünc medal qazandıq.
Sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionu oldu. Yunan-Roma güləşçilərimiz isə üçüncü yeri tutdu. Ümumilikdə 16 medal qazandıq. Azərbaycan 7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq ümumi sıralamada birinci yeri tutdu. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir”.
Namiq Abdullayev, görüş zamanı bu il noyabr ayında Azərbaycanda yunan-Roma güləş növü üzrə dünya kuboku keçiriləcəyini xatırladıb: “Bizi qarşıda daha mötəbər yarışlar gözləyir. Əminliklə deyə bilərəm ki, bu görüş bizim üçün böyük stimul olacaq. Gələcək yarışlarda da uğurlar qazanaraq sizi və xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik”.