Namiq Abdullayevin komandası uğurla başladı – Sərbəst güləşçilərdən 5 medal!

Bu gün Xorvatiyada açıq Zaqreb turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, ilin ilk reytinq yarışına millimiz uğurla başlayıb.

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə sərbəst güləşdə Əliabbas Rzazadə (57 kq) bütün görüşlərdə qalib gəlib.

Bu rəqabətdə özünü 70 kq-da sınayan seçmənin öncülü Hacı Əliyev 2-ci yerkə kifayətlənib. Əli Rəhimzadə (65 kq), Hacımurad Hacıyev (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan