- Baxış sayı: 54
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

“Azərbaycan çox gözəl ölkədir. Gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib”. Allsport.az saytı xəbər verir ki, bu sözü kişi həndbolçulardan ibarət millinin yeni baş məşqçisi Nasser Salimi deyib. İranlı mütəxəssis, yeni mövsümə hazırlığın yüksək ovqatda getdiyini deyib:
“Milli komandada perspektivli oyunçular var. İnanıram ki, düzgün hazırlıq proqramı sayəsində onlarla uğurlu nəticələr qazanmaq olar. Əlbəttə, bu, müəyyən vaxt tələb edir. Fiziki və texniki hazırlığı yüksək səviyyəyə çatdıra bilsək, gələcəyə inamla baxmaq olar”.