Naxçıvanda velosiped yarışı

Naxçıvan muxtar respublikasının gənclər və idman, ekologiya və təbii sərvətlər nazirlikləri tərəfindən muxtar respublikanın 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə 10 km məsafə üzrə velosiped yarışı təşkil olunub.

Allsport.az xəbər verir ki, tədbirə müxtəlif qurumların əməkdaşları və 14 yaşdan yuxarı şəxslər olmaqla, 100-dən çox həvəskar velosipedçi qatılıb.

Açılış tədbirində Azərbaycan respublikasının dövlət himni səsləndirilib. Yarışın əhəmiyyəti barədə danışılıb, qaydalar haqqında məlumat diqqətə çatdırılıb.

İştirakçılar Heydər Əliyev muzeyinin önündən başlayaraq yarış marşrutu üzrə Uzunoba təlim-məşq idman kompleksi ətrafındakı finiş xəttinədək olan məsafəni qət ediblər.

Naxçıvan muxtar respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib və ilk üç yerin sahiblərini diplomla təltif edib. Naxçıvan muxtar respublikası daxili işlər nazirliyinin əməkdaşı Cavid Qasımlı yarışın qalibi olub. Digər polis əməkdaşı Asiman Cabbarov ikinci yerə sahib çıxıb. Naxçıvan müəllimlər institutunun müəllimi Fərid Allahverdiyev isə üçüncü olub.

Həmin kateqoriyadan