- Baxış sayı: 306
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 46
- Dekabr 05, 2025
- 0

Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçirilib.
Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi ilə bizdən Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərinə qalib gəlib.
Ruslan Qasımov (61 kq) və Roman Bəkirov (97 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yeri tutub.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub.