Nazir müavininin gənclərlə görüşü

İyunun 28-də Quba olimpiya idman kompleksində gənclər və idman nazirinin müavini İndira Hacıyevanın Quba və Xaçmaz gəncləri ilə görüşü keçirilib.

Allsport.az xəbər verir ki, nazir müavini ilk öncə istedadlı gənclərin çəkdikləri rəsm əsərlərinə, həmçinin skautların fəaliyyəti ilə bağlı bölməyə baxış keçirib və daha sonra çay süfrəsində səmimi söhbət apararaq gənclərin gələcək planları, problem və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Görüşün sonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm çəkmiş yaradıcı, istedadlı gənclər fəxri fərmanlarla təltif ediliblər.

Həmin kateqoriyadan