- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov, Rumıniyanın paytaxtı Buxarestdə yeniyetmələrin Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərlə görüşüb.
Allsport.az saytı xəbər verir ki, AGF-in təlim-məşq bazasında toplantıda federasiyanın vitse-prezidenti Namiq Əliyev və icraiyyə komitəsinin üzvü Namiq Abdullayev çıxış edib, hazırlıq barədə məlumat veriblər.
Komandanın böyük məşqçisi Əsgərxan Novruzov isə bu yarışa ciddi hazırlaşdıqlarını və uğurla çıxış edəcəyinə inandığını bildirib.
Nazir güləşçilərlə söhbət edib və onlara qitə çempionatında uğurlar arzulayıb.