Nazir səfirlə görüşdü

Yanvarın 7-də gənclər və idman naziri Fərid Qayıbov Koreya respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq ilə görüşüb.

Allsport.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin nazir Fərid Qayıbovun ötən ay baş tutmuş Koreya səfəri müzakirə edilib.

Həmin kateqoriyadan