Nazir Türkiyə nümayəndə heyətini qəbul etdi

“İdman sahəsində mütəxəssis mübadiləsi proqramı” çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Allsport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan nazir onlara idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar səmimi qəbula görə təşəkkür edib, ölkəmizdə olduqları müddətdə Bakıda fəaliyyət göstərən bir sıra idman qurğuları ilə tanış olduqlarını qeyd ediblər.

Görüş zamanı iki qardaş ölkə arasında idman sahəsi üzrə ikitərəfli əlaqələr müzakirə edilib, təcrübə mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan