- Baxış sayı: 99
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

NBA yaxın iki il ərzində Avropada yeni basketbol liqasına start vermək üçün franşiza haqlarının rəsmiləşdirilməsini yaxın aylarda yekunlaşdırmağı planlaşdırır.
Allsport.az xəbər verir ki, bu barədə təşkilatın rəhbərinin müavini və baş əməliyyat direktoru Mark Teytum məlumat verib.
Teytum layihənin təfərrüatlarını açıqlayıb: “Bəli, məqsədimiz növbəti iki il ərzində liqaya başlamaqdır. Əlbəttə ki, bu, NBA və FİBA tərəfindən təsdiqlənmədən asılıdır. Biz növbəti mərhələyə keçirik”.
Teytum liqanın tərkibi barədə də danışıb: “Düşünürük ki, bu liqa mövcud klubların, hazırda mövcud olmayan potensial yeni klubların və bəlkə də basketbol komandası olmayan, lakin basketbol komandasına sərmayə qoymaq istəyən bəzi futbol klublarının kombinasiyasını əhatə edəcək.
İlk mərhələdə 10-12 şəhərə çıxmağı planlaşdırırıq. Franşizalar baxımından, ilk növbədə, Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, Almaniya, bəlkə də Türkiyə və yəqin ki, Yunanıstan nəzərdə tutulur”, – Teytum “talkSPORT”a müsahibəsində deyib.