NBA rekordçusu vəfat etdi

Baş məşqçi kimi NBA-nın ən çox oyun rekordçusu olan Lenni Uilkens 88 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, amerikalı mütəxəssis 1960-cı il NBA draftında “Sent-Lüis Hauks” (indiki “Atlanta Hauk”s) tərəfindən ümumilikdə altıncı yeri tutub. Oyunçu karyerası ərzində o, həmçinin “Sittl Supersoniks (indiki “Oklahoma Siti Tander”), “Klevelənd Kavalyers” və “Portlənd Treyl Blazers” komandalarında oynayıb. Lenni doqquz dəfə NBA “All-Star” oyunçusu olub.

O, “Atlanta”, “Portlənd”, “Klevelənd”, “Toronto Rəptors” və “Nyu York Niks” komandalarına məşqçilik edib. Uilkens 2487 NBA oyununda məşqçilik edib.

Həmin kateqoriyadan