- Baxış sayı: 222
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Olimpiya çempionu Alina Kabayeva tərəfindən yaradılmış “Nebesnaya Gratsiya” bədii gimnastika akademiyasının komandası III MDB oyunlarında iştirak etmək məqsədilə Şəki şəhərindəki olimpiya idman kompleksinə gəlib.
Allsport.az xəbər verir ki, bu barədə beynəlxalq “Nebesnaya Gratsiya” assosiasiyasının icraçı direktoru Yelena Yerxan məlumat yayıb.
Gimnastlar kompleksin arenasında məşqlərə başlayıblar.
Komandanın tərkibində akademiyanın fəaliyyət göstərdiyi müxtəlif ölkələri təmsil edən gimnastlar yer alır. Onların MDB oyunlarındakı iştirakı bədii gimnastikanın inkişafında beynəlxalq əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha göstərir.
III MDB oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar artıq sabah – oktyabrın 6-da Şəki OİK-in arenasında start götürəcək.