- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Neftçala rayonunun Axmaz göl su hövzəsində avarçəkənlərin təlim-məşqi oldu. Allsport.az saytı xəbər verir ki, toplanışda millinin Bakıdan və Mingəçevirdən olan üzvləri iştirak etdi. Tədbirin təşkili Neftçala və ətraf rayonlarda avarçəkməyə olan marağı daha da artırmaq məqsədi daşıyıb.
Ölkə başçısı İlham Əliyevin idmana və idmançılara olan qayğısı bu gün digər idman növləri ilə yanaşı, avarçəkmənin inkişafına da böyük dəstək verir. Bu etimadı doğrultmaq üçün çalışan Azərbaycan kanoe və avarçəkmə federasiyasının hədəfindən biri ölkə ərazisində avarçəkmə idman növünün coğrafiyasını genişləndirməkdir.
Həmçinin bu idman növündə kütləviliyin təmin olunması, avarçəkməni yeniyetmə və gənclərimiz üçün əlçatan etmək qarşıdakı planlara daxildir. Bu sayədə gələcəkdə daha çox peşəkar idmançı yetişdirmək şəraiti olacaq. Nəticədə milli komandaya idmançı seçimi üçün geniş imkanlar yaranacaq. Neftçalada təşkil olunacaq təlim-məşq toplanışı da bu planlar çərçivəsindədir.
AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu tipli tədbirlər keçirməyi planlaşdırır.