VİDEO
“Neftçi” Fariz Yusifova üsyan etdi

Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Simurq” – “Neftçi” oyunu qərəzli hakim idarəçiliyi ilə yadda qaldı. Allsport.az xəbər verir ki, “Neftçi” PFK Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadasının matçın nəticəsinə birbaşa təsir göstərən qərarlarına etirazını bildirib.

Qərəz doğuran epizodları təqdim edirik.

1-ci epizod: Rəqib futbolçu “Neftçi”nin cərimə meydançasına özünü yerə atır. Bu epizodda qapıçı Emil Balayev rəqib futbolçuya toxunmasa da, baş hakim Fariz Yusifov 11 metrlik nöqtəni göstərir və qapıçını sarı vərəqə ilə cəzalandırır. Nəticədə “Simurq” klubu matçın nəticəsini müəyyənləşdirən qolu vurur.

2-ci epizod: Bu epizodda rəqib futbolçu cərimə meydançası daxilində Flavinyonu güləş fəndi ilə aşkar şəkildə tutub yıxsa da, baş hakim Fariz Yusifov qayda pozuntusunu qeydə almır.

3-cü epizod: Rəqib futbolçu Samir Zərgərov “Neftçi”nin müdafiəçisi Məqsəd İsayevin qarşısını aşkar kobudluqla alır. Açıq ayaqla sürüşmə fəndi yerinə yetirən rəqibin bu hərəkəti cəzasız qalır. Bu epizodda ağır zədə alan Məqsəd İsayev meydançanı xərəkdə tərk edir və “Neftçi”nin heyətində məcburi əvəzetmə edilir.

4-cü epizod: “Neftçi”nin hücumu zamanı rəqib futbolçu cərimə meydançası daxilində voleybolsayağı əllə oynasa da, Fariz Yusifov “Simurq” klubunun qapısına penalti təyin etmir.

P.S. Oyunu izləyənlər arasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da olub. Görəsən bu epizodları izlədikdən sonra onun deməyə sözü olacaqmı?

Həmin kateqoriyadan