“Neftçi” idman klubundan ağacəkmə

Bu gün “Neftçi” idman klubu tərəfindən Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına olimpiya təlim-idmankKompleksində ağacəkmə aksiyası keçirilib.

Allsport.az saytı xəbər verir ki, 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə əlaqədar təşkil olunan tədbirdə klubun rəhbərliyi və əməkdaşları, məşqçiləri, idmançıları, eləcə də klubun tanınmış yetirmələri – Hacı Əliyev, Taleh Məmmədov və İsa Rüstəmov iştirak ediblər. Aksiyada şam ağacları əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək, ictimaiyyətin diqqətini yaşıllıqların çoxaldılmasına və qorunmasına yönəltmək, eləcə də bu kompleksdə idmanla məşğul olan yüzlərlə yeniyetmə və gəncə təbiətə sevgi və qayğını aşılamaqdan ibarətdir.

Həmin kateqoriyadan