- Baxış sayı: 41
- 08 Fevral 2026 13:05
- Baxış sayı: 23
- Fevral 08, 2026
- 0

Lökbatan qəsəbəsində yerləşən yunan-Roma güləşi zalı əsaslı təmir edilib və fəaliyyətini bərpa edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan güləş federasiyası (AGF) tərəfindən inventarla təmin edilmiş zalla tanışlıq olub.
AGF-nin icraiyyə komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə U-20 millinin böyük məşqçisi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və sərbəst güləş üzrə U-17 millinin böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək, burada yaradılmış şəraiti yüksək qiymətləndiriblər və gələcəkdə bu zalda çempionların yetişməsini arzulayıblar.
Bu bölmədə məşqçi Xəyyam Abdullayevin rəhbərliyi altında 25-ə yaxın idmançı yunan-Roma güləşi ilə məşğuldur. Gələcəkdə “Neftçi” idman klubunun eyni məkanda yerləşən sərbəst güləş zalının da əsaslı təmiri planlaşdırılır.