- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Rusiyanın Ryazan şəhərində Sovet İttifaqı qəhrəmanı Vasili Zaytsevin xatirəsinə gənc yunan-Roma güləşçiləri arasında yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirdə 21 komandanın tərkibində 168 idmançı gücünü sınayıb.
“Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış Kamran Mirzəliyev (60 kq) böyük əzmkarlıq nümayiş etdirib. O, yarımfinalda Rusiyadan olan erməni əsilli idmançı Vladislav Beqyanı, həlledici görüşdə yerli Andrey İvanovu yenərək qızıl medal qazanıb.