- Baxış sayı: 31
- 27 Mart 2026 20:40
- Baxış sayı: 34
- Mart 27, 2026
- 0

Macarıstanın paytaxtı Budapeştdə kikboksun WAKO versiyası dünya çempionatı millimiz üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, 64 ölkədən 800-dən çox idmançının qatıldığı yarışda Azərbaycan 15 nəfərlik heyətlə təmsil olunub. Yığmanın tərkibində “Neftçi İdman Klubu” 4 üzvü iştirak edib.
Fu-kontakt və lou-kik versiyasında çıxış edən klubun yetirmələri Camal Məmmədov və Çingiz Əhmədov (hər ikisi – 54 kq) bürünc medala sahibləniblər.
Çempionatda klubun məşqçi müəllimi, yarışın ədalət təmsilçisi kimi iştirak edən Elnur Alıyev “Ən yaxşı hakim” seçilərək “A+” dərəcəsi alıb.
Qarşıda kikboksçularımızı daha bir mühüm sınaq gözləyir. İdmançılarımız dekabrda Kiyevdə qitə çempionatında yenidən güclərini sınayacaqlar.