- Baxış sayı: 31
- 25 Yanvar 2026 16:02
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

“İlk hissə bizim üçün o qədər də uğurlu alınmadı. Təlim-məşq toplanışında qazandığımız qələbələr xal gətirmir, burada isə qarşımızda duran tələblər fərqli və çətindir. Çünki hər oyunda qalib gəlməliyik”.
Allsport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub premyer liqanın XVII turunda “Zirə” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra deyib.
“Turnir cədvəlində olduğumuz yerdən xeyli yuxarı qalxmaq istəyirik. Bəlkə də, bunun yaratdığı təzyiq futbolçulara istədiyimiz kimi oyun göstərməyə imkan vermədi. İkinci hissədə bəzi dəyişikliklər etdik. Futbolçularım çox çalışdılar, amma qalib gələ bilmədik.
Komandamızın üzvləri nəticədən çox məyus oldular. Qarşıda görəcəyimiz işlər çoxdur. Hələ 16 oyun var və üzərimizdə daha çox işləyə bilərik ki, qələbələr qazanaq. “Neftçi” ilə uğur qazanacağıma inanmasaydım, burada olmazdım”, – deyə Vernidub bildirib.