- Baxış sayı: 59
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

İyulun 21-də Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Şkendiya” – “Neftçi” oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı klubu görüş öncəsi Makedoniyada yaşayan həmyerlilərimizə müraciət edib. Yazıda bildirilir:
“Hər matçda olduğu kimi, bu oyunda da komandamızın azarkeş dəstəyinə ehtiyacı var. Bu səbəbdən Makedoniyada və ona yaxın ölkələrdə yaşayan həmvətənlərimizi “Şkendiya” – “Neftçi” matçına dəvət edirik. Oyuna gələcək azarkeşlər “Neftçi” PFK tərəfindən biletlə təmin olunacaqlar”.
Qeyd edək ki, “Şkendiya” – “Neftçi” oyunu iyulun 21-də saat 20:00-dan (Bakı vaxtı ilə saat 22:00-dan) etibarən Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşən “Filip II Makedonski” stadionunda keçiriləcək. Oyuna gələcək həmvətənlərimiz klubun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mehman Rəsulovla əlaqə saxlaya bilərlər.