- Baxış sayı: 62
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Neftçi” bir müddət öncə transferə çıxardığı yarımmüdafiəçisi Mirhüseyn Seyidovu da azad buraxıb. Allsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun yaydığı məlumatda bildirilir:
“Futbolçu Mirhüseyn Seyidovun müraciəti nəzərə alınaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Neftçi” PFK yarımmüdafiəçiyə azad agent statusu verib. “Neftçi” PFK-nın yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb. Futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq”.