- Baxış sayı: 17
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilmiş “İnter”lə oyundan (0:4) sonra “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə klubun bazasında təcili toplantı keçirilib. Allsport.az xəbər verir ki, toplantıda şura üzvləri Cəbrayıl Cəbrayılov, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov eləcə də icraçı direktor Elnur Məmmədov, icraçı direktorun müavini Mübariz Xudiyev, komandanın baş məşqçisi Arif Əsədov və idman direktoru Vəli Qasımov iştirak edib.
Ümumi müzakirələrdən sonra son turlarda komandanın sərgilədiyi oyunlar nəzərə alınaraq, futbolçular – Rauf Əliyev, Mirhüseyin Seyidov və Elvin Yunuszadənin əvəzedici komandaya göndərilməklə transferə çıxarılmasına qərar verilib. Komandanın əcnəbi futbolçularının müqaviləsinin uzadılıb-uzadılmayacağına isə son oyunların nəticələrinə əsasən qərar veriləcək.
Toplantıdan sonra komanda ilə görüş keçirilib və qərarlar futbolçulara elan olunub.