- Baxış sayı: 32
- 14 Yanvar 2025 22:28
- Baxış sayı: 634
- Yanvar 10, 2025
- 0
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə güclənib. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanılıb.
Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.