VİDEO
“Neftçi”ni pis vəziyyətdə qoyan futbolçu azarkeşlərdən üzr istədi

Topaz Premyer Liqasının 7-ci turunda “Zirə” ilə səfər oyununda qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan “Neftçi”nin gənc futbolçusu Fəhmin Muradbəyli azarkeşlərdən üzr istəyib. Allsport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Zirə” klubu ilə oyunun çətin keçəcəyini bilirdik. Görüşə də yaxşı hazırlaşmışdıq. Amma oyun başlayan kimi rəqib komandanın futbolçuları kobud oynamağa başladılar. Bir neçə epizodda konkret mənə qarşı bilərəkdən kobudluq edildi. Həmin vəziyyətlərdə ciddi zədə almaqdan özümü zorla qorudum. Belə hallarda cərimə zərbəsi təyin olunmayanda nəticə də ağır olur. İkinci hissədə də mənə qarşı aqressiv oyun davam etdi. Qırmızı vərəqə epizodunda rəqib ayağımın üzərinə yıxıldı və heç durmağa da tələsmirdi. Ağrıdan belə reaksiya verdim. Komandamı azlıqda qoyduğum üçün pis oldum. “Neftçi”nin əsas heyətində güclənmək üçün mütəmadi oynamalıyam. İndi alacağım zədə həm klub, həm də milli komanda karyerama zərbə olardı. Azarkeşlərimiz də uzun yol qət edib bizi dəstəkləməyə gəlmişdilər. Qələbə qazana bilmədiyimizə görə onlardan üzr istəyirəm”.

Həmin kateqoriyadan