- Baxış sayı: 51
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0
“Neftçi”, Sabunçu rayonu, 259 saylı tam orta məktəbin şagirdləri ilə görüşüb. Görüş komandamızın “Bakcell Arena”dakı məşqindən əvvəl baş tutub. Allsport.az xəbər verir ki, tədbirdə məktəblilər məşqçi heyəti və futbolçularla ünsiyyətdə olub, onlara maraqlandıqları sualları ünvanlayıblar.
Şagirdlərə “Neftçi”nin formasını və şərfini hədiyyə edən futbolçular onlarla xatirə şəkilləri çəkdiriblər. Sonda isə məktəblilər komandamızın məşqini izləyiblər.