- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
ABŞ-ın Ayova ştatının eyni adlı şəhərində keçirilən sərbəst güləş üzrə dünya kubokuni izləyənlər arasında Nenad Laloviç də var. Allsport.az saytı xəbər verir ki, yarışın gedişində UWW prezidenti AGF-nin əməkdaşına müsahibə verib. Ölkəmizin Dünya Güləş Birliyində böyük pay sahibi olduğunu deyən serbiyalı mütəxəssis, Azərbaycanın güləş yarışlarını hər zaman yüksək təşkilatçılıqla həyata keçirdiyini deyib. Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan qızı-qran prinin finalı, Avropa oyunları, qitə və dünya çempionatlarını xatırlayan UWW rəsmisi bu yarışlar haqqında xoş təəssüratlarını bildirib:
“Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək səviyyədə təşkilatçılığın şahidi olmuşam. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar izləyəcəyik. Çünki biz Azərbaycan Güləş Federasiyasının böyük təcrübəyə malik olduğunu bilirik.
Dünya kubokunda iştirak edən Azərbaycan komandası çox güclüdür və biz Budapeştdə keçiriləcək dünya çempionatında da güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik. Düşünürəm ki, Azərbaycan xalqının gözlədiyi nailiyyətlər Tokio-2020-də gerçəkləşəcək”.