- Baxış sayı: 25
- 25 Mart 2026 10:57
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

Braziliya millisinin bombardiri Neymar 2026-cı il dünya çempionatı ilə bağlı iddialı vədlər verib.
Allsport.az xəbər verir ki, ulduz futbolçu komandasının finala yüksələcəyi təqdirdə rəqib qapısına yol tapacağına söz verib: “Dünya kubokunu Braziliyaya gətirmək üçün hər şeyi edəcəyik. Əgər finala çıxsaq, söz verirəm ki, qol vuracağam. Hey, Ançelotti, bizə kömək et!”.
Zədə səbəbindən 2023-cü ilin oktyabrından bəri millidə oynamayan 33 yaşlı hücumçu, hazırda bərpa prosesini yekunlaşdıraraq mundiala hazırlaşır.