Neymar bir neçə sadə şərti yerinə yetirməklə ayda yarım milyon avrodan çox qazanır

Neymarın PSJ ilə müqaviləsinin maraqlı bəndləri mediada yer alıb.

Allsport.az xəbər veri ki, bir neçə tələbi yerinə yetirdiyi üçün o, ayda yarım milyon avrodan çox qazanır.

2017-ci ildə Paris klubu braziliyalı hücumçu üçün rekord məbləğdə – 222 milyon avro ödəməklə futbol dünyasını sarsıtmışdı. Bu sövdələşmə hələ də tarixdə ən böyük sövdələşmədir.

İspaniyanın “El mundo” nəşri iddia edir ki, parislilərlə razılaşmanın bir hissəsi olaraq, braziliyalı “nəzakətli, punktual, mehriban və azarkeşlərə açıq olduğuna” görə ayda 541 min 680 avro qazanır. Məqalədə həmçinin bildirilirdi ki, Neymar müqavilə əsasında klubun taktikasını tənqid etmək qadağan edilib və o, “klub, orada çalışanlar və onu dəstəkləyənlər haqqında mənfi ictimai şərhlərdən” çəkinməlidir.

Bu qədər sadə şərtləri yerinə yetirmək üçün inanılmaz məbləğ…Baxmayaraq ki, Neymarın paytaxt klubunda inanılmaz məbləğdə maaş qazandığına da şübhə yoxdur.

Həmin kateqoriyadan