- Baxış sayı: 29
- 19 Mart 2026 12:56
- Baxış sayı: 201
- Mart 18, 2026
- 0

“Santos” klubu baş məşqçi Xuan Pablo Voyvoda ilə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, ötən ilin avqustundan komandaya rəhbərlik edən mütəxəssisin müqaviləsi əslində bu ilin sonuna qədər nəzərdə tutulmuşdu.
Klubun rəsmi bəyanatında Voyvoda və məşqçilər heyətinə xidmətlərinə görə təşəkkür edilib və gələcək karyeralarında uğurlar arzulanıb. İstefaya səbəb komandanın uğursuz çıxışıdır. “Santos” Braziliya çempionatında keçirdiyi 7 oyundan sonra cəmi 6 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.