- Baxış sayı: 52
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Kanadalı Kreyq Berube “Toronto Maple Leafs” komandasına rəhbərlik edə bilər.
Allsport.az xəbər verir ki, 5 mövsüm komandaya rəhbərlik edən Şeldon Kifinin istefasından sonra “yarpaq”lar baş məşqçi axtarır.
Berube əsas namizədlərdən biridir. Kanadalı mütəxəssis ötən ilin dekabrında 2018-ci ildən rəhbərlik etdiyi və 2019-cu ildə Stenli kubokunda qələbəyə səbəb olduğu “Sent-Luis Blyuz”u tərk edib.