NHL tarixinə keçdi

“Edmonton”un hücumçusu Leon Drayzaytl milli xokkey liqasında (NHL) 1000 xal həddinə çataraq tarixi uğura imza atıb.

Allsport.az xəbər verir ki, 30 yaşlı almaniyalı xokkeyçi bu nəticəyə nail olmaq üçün 824 oyun keçirib ki, bu da onu Şimali Amerikadan olmayan oyunçular arasında ən yüksək göstəriciyə malik 5-ci xarici xokkeyçi edib.

Drayzaytl bu göstərici ilə “Pitsburq”un hücumçusu Yevgeni Malkini (848 oyun) və “Vaşinqton”un üzvü Aleksandr Oveçkini (880 oyun) geridə qoyub.

Həmin kateqoriyadan