- Baxış sayı: 53
- 06 Mart 2026 20:47
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Kolorado Evelanş” klubunun baş məşqçisi Cared Bednar hücumçu Valeri Niçuşkinin vəziyyəti barədə məlumat verib.
Allsport.az xəbər verir ki, rusiyalı xokkeyçi NHL-in müntəzəm mövsümündə “Anahaym Daks”la keçirilən matçda (4:1) zədələnib.
“Çox ciddi bir şey yoxdur. Lakin ən azı bir neçə oyunu buraxmalı olacaq”, – deyə baş məşqçi bildirib.
Niçuşkin cari mövsüm 17 matçda iştirak edib və 12 (5 qol + 7 ötürmə) xal toplayıb. Onun faydalılıq əmsalı isə “+2” təşkil edir.