- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatına start verilib. Allsport.az xəbər verir ki, mundialda əvvəlcə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.
Nihad Quluzadə (60 kq) yaponiyalı Yaşuhito Moriyə (6:3), amerikalı Maksvel Blaka (9:0) və iranlı Məhəmmədmehdi Qolampura (10:5) qalib gələrək yarımfinala yüksəlib. Finalında bir addımlığında özbəkistanlı Əlişir Qəniyevlə (0:9) bacarmayan Nihad rumıniyalı Denis Mihaya elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələrək U-23 dünya çempionatını bürünc medalla başa vurub.
Fərid Xəlilov (67 kq) isveçli Niklas Oehlenə 4:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda qırğızıstanlı Razzak Bəyşekevə 1:4 hesabıyla məğlub olub. Xəlilov təsəlliverici görüşlərdə albaniyalı Daniel Dayani (8:0) və yaponiyalı Haruto Yabedən (6:4) güclü olub. Fərid bürünc medal uğrunda qarşılaşmada polşalı Arslanbəy Səlimova uduzub – 4:8.
Ruslan Nurullayev (72 kq) belaruslu İliya Valeuskini (8:7) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda özbəkistanlı Abror Atabayevlə gərgin keçən görüşdən məğlub ayrılıb – 2:3.
Elmin Əliyev (82 kq) polşalı İslam Aliyevə (9:0) və çinli Kun Huanqa (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Lənkəran güləş məktəbinin yetirməsi finalın bir addımlığında amerikalı Beka Melelaşviliyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Elmin 3-cü yer uğrunda görüşdə gürcüstanlı Data Çxaidzeyə uduzub – 1:9.
Murad Əhmədiyev (97 kq) ukraynalı Yuri Doroqanı (5:2) yarışdan uzaqlaşdırsa da, 1/8 finalda isveçli Alqot Kaellmana minimal fərqlə (3:4) məğlub olub.