- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsində keçirlmiş Azərbaycan – Danimarka oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam açıqlama verib. Allsport.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Bu oyunun nəticəsi bizim elit mərhələ haqqında müsbət fikirlərimizə təsir etməyəcək. Məşqçilər heyəti ilə rəqiblərimizin oyununu analiz edərkən Danimarkanın güclü komanda olduğunu qeyd etmişdim. Məncə, qrupumuzda yer alan komandalar arasında komanda şəklində ən güclü məhz Danimarka yığması idi. Oyundan əvvəl bilirdik ki, bu qarşılaşma heç də asan olmayacaq. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Ancaq qalib gəlsək belə, heç nə dəyişməyəcəkdi. Heyətdəki itkilər də nəticəyə təsir etdi. İlyas Səfərzadə cəzalı, Fəhmin Muradbəyli və Renat Ağaverdiyev isə zədə səbəbindən oynamırdı. Bunlar və Danimarkanın da güclü olması böyükhesablı məğlubiyyətlə nəticələndi. Onu da qeyd edim ki, qapıçımız Tolqa Şahinin fantastik oyunu hər üç oyunda hesabın daha böyük olmasına imkan vermədi. Biz 19 yaşadək futbolçular arasında 28 ən yaxşı komanda arasına düşdük. Hesab edirəm ki, Azərbaycanı həm meydanda, həm də meydandan kənarda pis təmsil etməmişik”.