- Baxış sayı: 523
- 15 Dekabr 2025 16:00
- Baxış sayı: 445
- Dekabr 15, 2025
- 0

Azərbaycan prezidenti İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacağını qeyd etmişdi. Allsport.az saytı xəbər verir ki, Qarabağa böyük qayıdış çərçivəsində dövlət başçımızın çağırışına bu dəfə güləşçilərimiz qoşulublar.
Ölkəmizin tanınmış güləşçiləri Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 saylı məktəbin şagirdləri və Qarabağ universitetinin tələbələri ilə görüşüblər. Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani kimi güləş ailəsinin tanınmış simalarının iştirak etdiyi tədbirdə maraqlı viktorinalar keçirilib, gənc nəslin sağlam və milli ruhda yetişməsinin ölkəmizin gələcəyi üçün önəmli olduğu diqqətə çatdırılıb.
Tanınmış güləşçilərin Xankəndiyə səfəri məktəbli və tələbələr üçün böyük motivasiya rolunu oynayıb.