Norveçli idmançı İtaliyada tarix yazdı

Norveçli konkisürən Sander Eitrem İtaliyada keçirilən XXV qış olimpiya oyunlarında tarixi uğura imza atıb.

Allsport.az xəbər verir ki, 23 yaşlı idmançı 5000 metr məsafəni 6:03.95 saniyəyə qət edərək həm qızıl medal qazanıb, həm də yeni olimpiya rekordunu müəyyənləşdirib.

O, çexiyalı rəqibi Metodey Jileki (6:06.48) geridə qoyub. Hər iki idmançı isveçli Nils van der Pula məxsus olan əvvəlki rekordu (6:08.84) yeniləsə də, rəsmi rekord məhz norveçli idmançının adına yazılıb.

Bu məsafə üzrə dünya rekordu da (5:58.52) məhz Sander Eitremə məxsusdur. O, bu göstərici ilə 5000 metr məsafəni 6 dəqiqədən tez qət edən tarixdəki ilk və hələlik yeganə idmançıdır.

Həmin kateqoriyadan