Nurəddin Rəcəbov: “Bundan da yaxşı nəticə qazana bilərdik”

Başqırdıstan paytaxtı Ufada gənclərin dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz gecə Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov hava limanında açıqlama verib:

“Dünya çempionatı çox yüksək səviyyədə keçirildi. Güclü rəqiblərimiz var idi. Ancaq biz yarışa çox yaxşı hazırlaşmışdıq. Buna görə də federasiyamıza, milli olimpiya komitəsinə, eləcə də gənclər və idman nazirliyinə təşəkkürümü bildirirəm.

Yüksək səviyyədə hazırlığın bəhrəsini belə mötəbər yarışda gördük. Dünya çempionatına 9 idmançıyla yollandıq. Əlbəttə, bundan da yaxşı nəticə qazana bilərdik.

Bəzi görüşlərdə fərdi səhvlər, bəzilərində isə hakimlərin səhvi sözünü dedi. Bunların üzərində işləyəcəyik. 4 medal qazandıq və komanda hesabında 3-cü yeri tutduq. Bu, çox böyük nəticədir. Hər kəsi təbrik edirəm”.

Həmin kateqoriyadan