- Baxış sayı: 15
- 26 Mart 2026 16:59
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

Rusiyalı döyüşçü, yüngül çəkidə “Bellator” çempionu Osman Nurməhəmmədov İtaliya kuboku üzrə “Milan” – “Roma” matçında iştirak edib.
Allsport.az xəbər verir ki, Osmana “Milan”ın idman direktoru Zlatan İbrahimoviç rusiyalının peşəkar karyerasında qazandığı qələbələrin sayına görə (19) arxa tərəfində “19” rəqəmi olan “rossoneri” köynəyini hədiyyə edib.
“Milanı 3:1 hesablı parlaq qələbə münasibətilə təbrik edirəm. Möhtəşəm oyun idi” – Osman Nurməhəmmədov sosial şəbəkə hesabında yazıb.