- Baxış sayı: 36
- 23 Fevral 2026 12:54
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“Qarabağ”ın çempionlar liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcəyi cavab matçının təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, fevralın 24-də “Sent Ceyms Park” stadionunda baş tutacaq görüşə İtaliya və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək. Həmyerliləri Filippo Meli və Stefano Alassio baş hakiminin köməkçiləri olacaqlar. Luka Pairetto dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Daniele Kiffi və almaniyalı Kristian Dingert olacaqlar.
UEFA çempionlar liqası
Pley-off mərhələsi, cavab oyunu
24 fevral
00:00. “Nyukasl” – “Qarabağ”
Baş hakim: Davide Massa
Baş hakimin köməkçiləri: Filippo Meli, Stefano Alassio
Dördüncü hakim: Luca Pairetto (hamısı İtaliya)
VAR: Daniele Kiffi (İtaliya)
AVAR: Kristian Dingert (Almaniya)
Nyukasl, “Sent Ceyms Park”