“O, çox gözəl insandır”

Fransalı fiqurlu konkisürən Brayan Juber amputasiyalardan sonra konki sürməyi bacaran Roman Kostomarovun cəsarətini yüksək qiymətləndirib.

Allsport.az xəbər verir ki, 2023-cü ilin yanvarında Kostomarov pnevmoniyadan əziyyət çəkib. Xəstəlik nəticəsində olimpiya çempionunun hər iki ayağı dizdən aşağı, eləcə də hər iki əlinin amputasiyası olub. İndi konkisürən protezlərdən istifadə edərək buz şoularında çıxış edir.

“Romanla birlikdə bir neçə turnirdə çıxış etdik, sonra eyni şoularda konki sürdük. O, çox gözəl insandır. Xəstəliyindən sonra necə konki sürdüyünü gördüm və heyran oldum! O, çox güclüdür, hamımız üçün nümunə oldu: o, göstərir ki, həyat şəraiti nə qədər çətin olsa da, biz heç vaxt təslim olmamalı və inamı itirməməliyik” – Juber “Match TV”yə deyib.

Həmin kateqoriyadan