- Baxış sayı: 23
- 09 Dekabr 2025 14:57
- Baxış sayı: 38
- Dekabr 08, 2025
- 0

“Milan”ın köməkçi məşqçisi Marko Landuççi komandasının “A” seriyasının 14-cü turunda “Torino”nu səfərdə 3:2 hesabı ilə qələbəsini şərh edib.
Allsport.az xəbər verir ki, “rossonerilər”in baş məşqçisi Massimliano Alleqri cəzalı olduğu üçün matçı tribunadan izləyib.
“İlk hissədə “Torino” bizim hücum etməyimizi gözləyirdi, amma biz buna aldanmadıq. Buraxılan iki qoldan sonra komanda özünə gəldi. Kristian Pulişiçi bu oyuna hazır etməyi bacaran həkimlərə təşəkkür edirəm. O, çox xəstə idi, amma bizim qələbəmizdə əsas pay sahibi oldu”, – deyə Landuççi bildirib.
“Milan” 14 oyundan sonra 31 xalla turnir cədvəlinə başçılıq edir.