- Baxış sayı: 142
- 16 Mart 2026 13:49
- Baxış sayı: 265
- Mart 18, 2026
- 0

“Red Bull”un sabiq məsləhətçisi Helmut Marko, dördqat dünya çempionu Maks Ferstappenin potensialı və Formula-1 tarixinə buraxdığı iz barədə iddialı fikir səsləndirib.
Allsport.az xəbər verir ki, Marko niderlandlı pilotun hələ də inkişaf etdiyinə və artıq “kral yürüşləri”nin ən böyük simasına çevrildiyinə əmindir:
“Ferstappenin karyerası davam edir. Onun bacarıqlarının, inanılmaz pilotaj məharətinin və texniki biliyinin hüdudlarını görmürəm. Əgər əlində uyğun maşın olarsa, Maks daha bir neçə çempionluq titulu qazanacaq. O, şübhəsiz ki, Formula-1 tarixinin ən böyük pilotlarından biridir, bəlkə də elə ən böyüyüdür”.