- Baxış sayı: 162
- 31 İyul 2024 21:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İsveçrənin Sankt Moritz şəhərində 38-ci qarüstü polo üzrə dünya kuboku yekunlaşıb. Allsport.az saytı xəbər verir ki, “Land of Fire” komandası finalda yerli “Sankt Moritz” komandası ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı heç-heçə tamamlanıb, əlavə vaxtda “Odlar yurdu” qızıl topu vuraraq 6:5 qələbə qazanıb. Bununla da Azərbaycan poloçuları 2-ci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olub.
Bu yarış çərçivəsində Heydər Əliyev fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonu da açılıb. Qonaqlara Azərbaycan pavilyonunda ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanları barədə məlumatlar təqdim olunub, eksponatlar sərgilənib.
Pavilyonda milli geyimlər, xalça və ipək sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, eləcə də 150 illik tarixi olan kəlağayı maraqla izlənilib. Həmçinin Azərbaycan ərazisindəki müxtəlif arxeoloji tapıntılar, qədim sənət növləri, o cümlədən dulusçuluq nümunələri sərgilənib və dulusçuluq üzrə ustad dərsləri təşkil olunub.
Pavilyonda izləyicilərə Heydər Əliyev fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim edilib.