Oğlu Bekhemi tənqid etdi

Devid Bekhemin böyük oğlu Bruklin Bekhem ailəsi ilə illərdir davam edən “soyuq müharibə”ni ictimai müstəviyə çıxararaq valideynlərini sərt tənqid edib.

Allsport.az xəbər verir ki, 26 yaşlı oğlan valideynlərinin həddindən artıq ictimaiyyətə açıq həyat tərzi sürməsindən bezdiyini və artıq onlarla barışmaq istəmədiyini bəyan edib. O, ailəsinin səmimiyyətdən uzaq olduğunu, sosial şəbəkələrdəki “xoşbəxt ailə” paylaşımlarının sadəcə nümayiş xarakteri daşıdığını bildirib.

Bruklin atasının 50 illik yubileyi ilə bağlı maraqlı faktı da açıqlayıb: o, tədbirə gəlsə də, Devid Bekhem oğlu ilə görüşmək üçün onun həyat yoldaşı Nikola Peltsin dəvət olunmamasını şərt qoyub. Hazırda valideynlərini sosial şəbəkələrdə bloklayan Bekhem-kiçik, onlarla yalnız vəkillər vasitəsilə ünsiyyət quracağını vurğulayıb.

Həmin kateqoriyadan