- Baxış sayı: 274
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Dünya güləş federasiyasının (UWW) mətbuat xidməti qarşıdan gələn dünya çempionatının iştirakçılarının yenilənmiş siyahılarını dərc edib.
Allsport.az xəbər verir ki, iştirakçılar arasında rusiyalı olimpiya çempionu Əbdülrəşid Sadulayev yoxdur. İlkin olaraq güləşçinin siyahıya alındığı 97 kq çəki dərəcəsində indi Məhəmməd Qurbanov yer alıb.
Bir müddət əvvəl Rusiya güləş federasiyasının prezidenti Mixail Mamiaşvili Sadulayevin viza almaqda problemləri olduğunu bildirmişdi. Xatırladaq ki, bu ilin aprelində idmançı Şengen vizası ilə bağlı problemlərə görə Avropa çempionatında iştirak edə bilməyib.
Dünya çempionatı sentyabrın 13-dən 21-dək Zaqrebdə keçiriləcək.