Olimpiya çempionu karyerasını bitirir

Amerikalı xizəkçi Cessika Diggins 2025/26 mövsümünün sonunda karyerasını başa vuracağını elan edib.

Allsport.az xəbər verir ki, 34 yaşlı idmançı bu qərarını sosial şəbəkə hesabında yayımlayıb:

“Sizə bildirmək istəyirəm ki, bu il mənim üçün xizək yarışlarında sonuncu olacaq. Sevdiyim idman növünü və komandanı tərk etmək asan olmayacaq, lakin qəlbimin dərinliyində bunun doğru addım olduğunu hiss edirəm. Həyatımın yeni mərhələsinə başlamağı səbirsizliklə gözləyirəm!”

Digginsin karyerası ərzində bir dəfə olimpiya çempionu (2018), ikiqat dünya çempionu, eləcə də üçqat dünya kubokunun sahibidir.

Həmin kateqoriyadan