- Baxış sayı: 132
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Kəpəz”in Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”a qarşı keçirdiyi səfər oyununda komandaya Gəncədən gələn, eləcə də Bakıda yaşayan azarkeşləri stadiondan dəstək verdi. Allsport.az xəbər verir ki, fanatlar arasında idman və şou-biznes ailəminin tanınmış simaları da olub. Onlardan Olimpiya çempionu Toğrul Əsgərovun da adını çəkmək olar.
Gəncə güləş məktəbinin yetirməsi olan pəhləvan “Kəpəz”in sadiq azarkeşlərindəndir. Oyunu boyu “sarı-göylər”ə tribunadan dəstək verən Toğrul Əsgərov klub rəhbərliyi ilə də görüşərək, doğma komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıb.