Olimpiya çempionu sərt tənqid olundu – FOTO

ABŞ-də 2028-ci ildə keçiriləcək yay olimpiya oyunlarına hazırlıq aktiv fazaya keçib. Allsport.az xəbər verir ki, ölkə prezidenti Donald Tramp turnirin təhlükəsizlik və təşkilatçılıq məsələlərini koordinasiya edəcək işçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

Ağ Evdə keçirilən tədbirdə iştirak edən gimnastika üzrə olimpiya çempionu Nastya Lyukin sosial mediada kəskin tənqid dalğası ilə üzləşib. Səbəb isə onun tədbirdən fotolar paylaşması və Trampın yanında görünməsi olub.

Trampın sərəncamı imzalaması ilə bağlı Lyukinin paylaşdığı şəkillərə izləyicilər tərəfindən kəskin reaksiyalar gəlib. Şərhçilər gimnastı immiqrant ailəsindən gəldiyi halda, miqrantlara qarşı sərt mövqeyi ilə tanınan Trampı dəstəkləməkdə günahlandırıblar.

Lyukin iki il əvvəl Los-Anceles-2028-in idmançılar komissiyasının üzvü və səfiri seçilmişdi. Tramp işçi qrupun sədri olaraq oyunların təhlükəsizliyini təmin etmək üçün milli qvardiya və silahlı qüvvələrin cəlb oluna biləcəyini vurğulayıb.

Həmin kateqoriyadan