- Baxış sayı: 274
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Rusiya güləş federasiyasının prezidenti Mixail Mamiaşvili Zaqrebdə keçiriləcək dünya çempionatında iştirak üçün Əbdülrəşid Sadulayevin vizasının statusundan danışıb.
Allsport.az xəbər verir ki, o, Sadulayevin hələ viza almadığını bildirib: “Sadulayev hələ viza almayıb. Biz cavab gözləyirik”.
Bundan əvvəl 30 yaşlı Sadulayev Xorvatiyanın paytaxtında keçiriləcək dünya çempionatı üçün heyətə daxil edilib. Turnir sentyabrın 13-dən 21-dək keçiriləcək.
Keçən il güləşçi Buxarest hava limanına buraxılmadığı üçün Rumıniyada keçirilən dünya çempionatında iştirak edə bilməyib. İdmançı həmçinin Bratislavada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün viza almayıb.
Sadulayev ikiqat olimpiya çempionu, altıqat dünya çempionu, dördqat Avropa çempionu və yeddiqat Rusiya çempionatlarının qalibidir.