- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
11-12 noyabrda Moskvada güləş üzrə Avropa millətlər və – Alrosa kubokları uğrunda yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komanda yarışında 8 çəkidə mübarizə olacaq. Artıq qonşu ölkəyə yollanacaq heyətin siyahısı müəyyənləşib. Ümumilikdə, ölkəmizi şərəfini 16 idmançı qoruyacaq.
Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda mübarizə aparacaq. Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Rusiyaya Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yollanacaqlar.
Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi ilə çıxış edəcəklər. Yığmanın heyətində Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (61 kq), Zəlimxan Vəliyev (65 kq), Murtuz Müslümov (70 kq), İsmayıl Abdullayev, Əbubəkr Abakarov ( hər ikisi – 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yer alıb. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, Gürcüstan, Moldova və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda yarışacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Asif Şirəliyev təmsil edəcək. Turnirin proqramına əsasən, noyabrın 11-də qrup görüşləri, 12-də isə final görüşləri baş tutacaq.